Bazar, 09 iyul 2017 13:33

İran və Türkiyənin iqtisadi mübadilələri 50 milyard dollaradək artacaq

İran və Türkiyənin iqtisadi mübadilələri 50 milyard dollaradək artacaq

İranın rabitə və informasiya texnologiyaları naziri və Türkiyənin iqtisadiyyat naziri iki ölkənin iqtisadi mübadilələri səviyyəsinin 50 milyard dollaradək artırılmasını vurğulayıblar.

IRIB-nin məlumatına görə, İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi bu gün Tehranda Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi ilə görüşdən sonra iki ölkənin iqtisadi mübadilələri səviyyəsinin 30 milyard dollara çatacağını bildirərək, əlavə edib: Bu görüşdə qərara alındı ki, iki ölkənin müştərək iqtisadi komissiyasının 26-cı iclası 2017-ci ilin sentyabr-oktyabr aylarında Tehranda keçirilsin. 

Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi də bu görüşdən sonra deyibdir ki, ölkəsinin əsas hədəfi, iki ölkə arasında mövcud olan bütün ticarət maneələrinin aradan qaldırılması və qarşılıqlı azad ticarətin bərqərarıdır.

Şərh yaz


Məxfi kod
Yenilə