Bazar ertəsi, 03 iyul 2017 15:17

İran və AR mədəni həmkarlıqların inkişafını vurğulayıblar

İran və AR mədəni həmkarlıqların inkişafını vurğulayıblar

İranın islami mədəniyyət və irşad naziri və Azərbaycan R-nın mədəniyyət naziri müxtəlif sahələrdə mədəniyyət və incəsənət əməkdaşlıqlarının genişləndirilməsini vurğulayıblar.

IRNA-nın məlumatına görə, İranın islami mədəniyyət və irşad naziri Seyid Rza Salehi Əmiri bu gün Tehranda Azərbaycan R-nın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşdə deyib: İran dost və müsəlman Azərbaycan R. ilə keçmiş zamanlardan bəri geniş əlaqələrə, həmçinin dərin mədəni və tarixi bağlılıqlara malik olub və bu istiqamətdə İslam İnqilabından sonra iki dövlət arasında mədəni əlaqələr sahəsində otuzdan çox mədəniyyət sənədi imzalanıb.

Seyid Rza Salehi Əmiri həmçinin bu görüşdə İranın İslami Mədəniyyət və İrşad Nazirliyinin həmkarlığı ilə İranda Azərbaycan R-nın mədəniyyət həftəsinin açılışından xəbər verib.

İranın islami mədəniyyət və irşad naziri mədəniyyət həftələrinin keçirilməsini iki ölkənin hərtərəfli münasibətlərinin inkişaf etdirilməsində faydalı adlandırıb və belə deyib: İki xalqın bir-birinin dini, dili və mədəniyyəti ilə tanışlığı ilə nəticələnən mədəniyyət həftələrinin keçirilməsi İran ilə Azərbaycan R. arasında geniş anlaşmalar və əlaqələrin nişanəsidir.

Şərh yaz


Məxfi kod
Yenilə