Çərşənbə, 10 May 2017 18:50

İnqilab Rəhbəri: Düşmənlərin İrana təcavüz fikri sərt reaksiya ilə üzləşəcək

İnqilab Rəhbəri: Düşmənlərin İrana təcavüz fikri sərt reaksiya ilə üzləşəcək

İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar: İran İslam Respublikası keçmişdə olduğu kimi öz istedadlarının səyi, çalışqanlığı və təşəbbüsünə arxalanaraq önləyici qüdrət yolunu davam etdirəcək.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei çərşənbə günü İmam Hüseyn (ə) Universitetinin zabit tələbələrin məzun olması ilə əlaqədar keçirilən tədbirdə iştirak ediblər.

İslam quruluşunun önləyici qüdrət siyasətində məqsədin beynəlxalq zorakılar tərəfindən İrana təcavüz təsəvvürünün qarşısının alınması adlandıran İnqilab Rəhbəri bildiriblər: Düşmənlər bilməlidirlər ki, İrana təcavüz fikrinə düşərlərsə, sərt reaksiya ilə üzləşəcəklər. Çünki onların başlayan tərəf olması mümkündür, lakin işin sonu onların əlində olmayacaq.

Həzrət Ayətullahülüzma Xamenei ölkə və İran xalqının qüdrət amillərinə toxunublar: İğtişaşlı regionda İrandakı mövcud təhlükəsizlik və stabillik imperialist qüdrətlərin hədəfində duran İslam Respublikasının fəxrlərindən biridir. 

İnqilab Rəhbəri elm və elmi inkişaf, güclü və müstəqil iqtisadiyyat, hərbi qüdrət və silahlı qüvvələri İranın iqtidarı amillərindən adlandırıblar: Düşmənlər həmişə İslam Respublikasının qüdrət bəxş edən amillərinə kin bəsləyirlər.

İslam İnqilabının Böyük Rəhbəri hərbi qüdrətə iqtidar amillərindən biri olaraq toxunublar: İslam Respublikasının raket potensialını qüdrətlə qoruyacaq və onu artıracağıq.

Həzrət Ayətullahülüzma Xamenei həmçinin müqavimət dövləti məsələsini bəyan ediblər: Müqavimət dövləti önləyici qüdrət və önləyici iqtidardır. Bu gün İran İslam Respublikası müqavimət dövləti olaraq siyasət, iqtisadiyyat, silahlı qüvvələr, beynəlxalq və regional proseslərdə böyük söz sahibidir.

İslam quruluşu düşmənlərinin qısa, orta və uzunmüddətli məqsədlərini bəyan edən İnqilab Rəhbərinin sözlərinə görə, düşmənin qısa, orta və uzunmüddətli məqsədləri islam quruluşunun əsasını dəyişdirmək, iqtisadiyyat və vətəndaşların məişəti və İranın təhlükəzisliyinə zərbə vurmaqdır.

İslam İnqilabının Böyük Rəhbəri həmçinin 2017-ci il 19 may seçkilərinə münasibət bildiriblər: Əgər vətəndaşlar seçkilərdə iştirak edərsə, bu iştirak nizam-intizamlı, etikalı islam və qanun sərhədlərinə riayət çərçivəsində olarsa, mütləq İslam Respublikası quruluşunun izzət və abır mənbəyi olacaqdır. Lakin seçkilərdə qanun pozuntusu və etikasızlıq olarsa və öz sözlərimizlə düşməni ümidvar edərsək, seçkilər bizim zərərimizə bitəcək.

 

Şərh yaz


Məxfi kod
Yenilə