Çərşənbə axşamı, 02 May 2017 13:13

İranın avtomobilqayırma sənayesi dünya üzrə rəqabətə girir

İranın avtomobilqayırma sənayesi dünya üzrə rəqabətə girir

İran İslam Respublikası prezidentinin iştirakı ilə İranxodro sənaye qrupunun mərkəzi zavodunda İkap şirkətinin Dena Plas və Pejo2008 tipli iki avtomobilinin istehsalına start verilib.

Prezident Aparatının mətbuat xidmətindən verilən  məlumata görə, Həsən Ruhani bu gün sözü gedən iki avtomobil növünün istehsalının başlanması mərasimində etdiyi çıxışında deyib: İranın iqtisadi müstəqilliyi, özünə güvənliyi və özünə arxalanması milli istehsalın inkişaf etdirilməsindən asılıdır. 

İran İslam Respublikası prezidenti deyib: Dena Plas avtomobili yüz faiz İran istehsalıdır və Pejo 2008 isə İran və Fransanın müştərək istehsalı olacaq və hər iki ölkənin bərabər səviyyədə investisiyası hesabına istehsal edilməkdədir. 

Ruhani İranın avtomobilqayırma sənayesinin dünya bazarlarında rəqabət imkanına malik olduğunu bildirərək deyib: Bu gün İranlı mühəndis və fəhlələr üçün mübarək bir gündür. 

Ruhani deyib: Bu şirkətdə istehsal edilən avtomobillərin 30 faizi digər ölkələrə ixrac ediləcək. 

Şərh yaz


Məxfi kod
Yenilə