Cümə axşamı, 27 Aprel 2017 10:49

Beynəlxalq Quran Müsabiqəsində iştirak edən hafizlər və qarilər İnqilab Rəhbəri ilə görüşüblər

Beynəlxalq Quran Müsabiqəsində iştirak edən hafizlər və qarilər İnqilab Rəhbəri ilə görüşüblər

İslam İnqilabının Böyük Rəhbəri Quranda yer alan "Allaha iman və Tağuta küfr" prinsipini düzgün dərk etmə və onu gerçəkləşdirməyi İslam Ümmətinin izzətinin rəmzi adlandırıb və deyiblər: Bu gün Küfr dünyası İslam mahiyyətini məhv etməyə çalışır.

İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullahülüzma Xamenei cümə axşamı səhər 34-cü Beynəlxalq Quran Müsabiqəsinin seçilmiş iştirakçıları ilə görüşdə İslam mahiyyətini düşmənlərin müdaxilələrini önləyən amil adlandırıb və deyiblər: Quran maarifi İslam Ümməti üçün nicatverici və güclü, izzətli bir həyatın qurucusudur. Buna görə də İslam ictimaiyyətlərində geniş yayılmış bir diskusiyaya çevrilməlidir.

Həzrət Ayətullahülüzma Xamenei İslam Ümmətinin bu günkü problemlərini "Qərbin mədəni, siyasi və iqtisadi hegemoniyası"nın nəticəsi adlandırıb və deyiblər: Bu gün bir çox İslam ölkəsi "İslam mahiyyəti"nə malik deyil və düşmənlər onların mədəniyyətinə, etiqadlarına, iqtisadiyyatına, inanclarına, siyasətlərinə və ictimai münasibətlərinə müdaxilə qüdrətinə malikdirlər və  müsəlmanlar arasında nifrət və düşmənçilik törədirlər.

İslam İnqilabının Böyük Rəhbəri Qurandan uzaqlaşmağın düşmənlərin sui-istifadələrinə yol açdığını və imansızlığın, asılılığın qəbul etdirilməsinə səbəb olduğunu vurğulayıb və deyiblər: Bu gün İslam ölkələri və dövlətlərinin Amerika, İsrail və qarətçilər qarşısındakı vəziyyəti onların Qurandan uzaq düşməsindən qaynaqlanır.Əgər Qurana, İslam mahiyyətinə yaxınlaşmış olsaq, bütün bu problemlər öz həllini tapmış olacaq.

İslam İnqilabının Böyük Rəhbəri həmçinin, Quranın təbliğ edilməsini ən yaxşı işlərdən adlandırıb və İranda Quran hərəkətinin davam etdirilməsinə təkid edərək, deyiblər:  Təəssüflər olsun ki, müsəlman xalqlar və İslam ölkələri Qurandan uzaq düşüblər və onun təlimlərindən xəbərsizdirlər.

Həzrət Ayətullahülüzma Xamenei "Tağuta küfr və Allaha imanı" Quranın mühüm və mahiyyət bəxş edən anlamlarından adlandırıb və deyiblər: "İman mahiyyəti"nə təkid bir növ müstəqillik nişanəsidir və sərhədləri təyin edəndir. İman mahiyyəti ilə müsəlmanlar "Tağut və küfr mahiyyəti" qarşısında özlərini qoruya və inkişaf edə bilərlər.

Şərh yaz


Məxfi kod
Yenilə