Çərşənbə axşamı, 25 Aprel 2017 22:30

Məşhəddə İslam Dünyası merlərinin iclası başlanıb

Məşhəddə İslam Dünyası merlərinin iclası başlanıb

İslam Dünyası merlərinin iclası 27 İslam ölkəsindən 40 merin iştirakı ilə İranın Məşhəd şəhərində başlanıb.

IRNA-nın məlumatına görə, Məşhəd meri Seyid Soulət Mortəzəvi İslam Dünyası merlərinin iclasının açılış mərasimində deyib: Məşhəd dünya şiələrinin səkkizinci imamı Həzrət İmam Rza(ə)-ın nurlu barigahının mövcud olmasına görə, İslam Dünyasında özəl yerə malikdir və hər il bu şəhər təqribən 30 milyon zəvvar qəbul edir. Buna görə, Məşhəd islami yaşayış tərzinin özünü göstərməsinə bir zəmin olmalıdır.

O, əlavə edib: Məşhədin 2017-ci ildə İslam Dünyasının mədəni paytaxt seçilməsi ən mühüm islami şəxsiyyətlərdən birini dünyaya təqdim edir.

Mortəzəvi söyləyib: Mədəniyyət paytaxtının islami şəhərlər arasında dostluq bağlarının yaradılması, şəhər diplomatiyası, davamlı gəlirlərin əldə olunması, şəhər iqtisadiyyatı, dini turizm sahəsində şəhərlərin təcrübəsinin ortaya qoyulması, islami şəhərlərdə şəhər idarəçiliyi problemləri, fürsətlərin araşdırılması, islami memarlıq və şəhərlərin inkişafındakı rolu İslam Dünyası merlərinin iclasının hədəflərindəndir.

O, hazırkı əsrdə şəhərlərarası həmkarlıqların artırılması və ümumi diplomatiyanın gücləndirilməsini İslam Dünyası merlərinin iclasının digər hədəflərindən adlandırıb.

O, bildirib ki, islami şəhərlər arasında sıx şəbəkənin yaradılması və dini turizmin gücləndirilməsi bu iclasda izlənəcək bəhslərdəndir.

27 İslam ölkəsindən 40 merin iştirakı ilə İranın Məşhəd şəhərində başlanmış İslam Dünyası merlərinin iclası aprelin 27-dək davam edəcək.

İclasda iştirak edən merlər bu gün tanınmış iranlı şair Həkim Əbulqasim Firdovsinin məqbərəsində olublar.

Şərh yaz


Məxfi kod
Yenilə