Bazar, 23 Aprel 2017 21:14

Həsən Ruhaninin iştirakı ilə Qəzvində 17 abadlıq layihəsi istifadəyə verilib

Həsən Ruhaninin iştirakı ilə Qəzvində 17 abadlıq layihəsi istifadəyə verilib

İran İslam Respublikası prezidentinin Qəzvin ostanına səfəri ilə bir vaxtda 17 abadlıq, sənaye və infrastruktur layihə istifadəyə verilib.

İran prezidenti Həsən Ruhani bazar günü Qəzvin ostanında, Takestan məntəqəsində Paya Polimer Plastik və Piraye Çub İraniyan adlı iki sənaye layihəsinin açılış mərasimində iştirak edib.

Ruhani həmçinin, Qəzvin ostanında daha 15 sənaye və infrastruktur layihəsini video-konfrans vasitəsi ilə istifadəyə verib. 

İran prezidenti video-konfrans vasitəsi ilə Baracin Turizm Məntəqəsində Yeddi Təpə layihəsinin birinci fazasının istifadəyə verilməsi barədə göstəriş verib. Həmçinin, Taleqan su bəndindən su çatdırılması layihəsinin icra əməliyyatının başlanması və Qəzvin şəhərinin içməli su ilə təmin edilməsi layihəsinin icra əməliyyatının işə başlaması haqda göstərişlər verib.

Şərh yaz


Məxfi kod
Yenilə

Blowjob