Çərşənbə axşamı, 18 Aprel 2017 10:18

İran İslam Respublikası ordusu parad keçirir

İran İslam Respublikası ordusu parad keçirir

İİR ordusunun sözçüsü deyib: İran ordusunun nümunəvi bölmələri bu gün Tehranda prezident və yüksək səviyyəli hərbi rəsmilər qarşısında parad keçirəcək.

İİR ordusunun sözçüsü General Şahin Təqixani 18 aprel ordu günü münasibəti ilə təbrik edərək deyib: Ordunun dəniz, hava və quru eləcə də, havadan müdafiə və gözətçilər nümunəvi bölmələrinin paradı ilə eyni zamanda İranın cənub və şimal sularında da dəniz qoşunları tərəfindən iki dəniz paradı keçiriləcək. 

General Təqixani deyib: Ordu günü mərasimlərində İran İslam Respubliksaı ordusunun quru, dəniz, hava və havadan müdafiə sahələrindəki nailiyyətlərinin bir hissəsi də nümayiş etdiriləcək.

Şərh yaz


Məxfi kod
Yenilə