Bazar, 09 Aprel 2017 20:20

İnqilab Rəhbəri: Amerikanın Suriyaya hücumu strateji bir xətadır

İnqilab Rəhbəri: Amerikanın Suriyaya hücumu strateji bir xətadır

İslam İnqilabının Böyük Rəhbəri Amerikanın Suriyaya qarşı hücumuna işarə edərək, vurğulayıblar: Cinayət, təcavüz və qanun pozuntusu tamamilə amerikalıların əlindən gələn işlərdir və onlar dünyanın digər nöqtələrində də bu işləri görüblər.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün İranın silahlı qüvvələri komandanlarının novruz görüşündə Amerikanın Suriyaya qarşı hücumunu dəyərləndirərək deyiblər: Amerikalıların gördükləri iş, strateji xəta və yanlış hərəkətdir və onlar öz əcdadlarının səhvlərini təkrar etməkdədirlər.

Həzrət Ayətullahuluzma Xamenei belə qeyd ediblər: Amerikanın bundan qabaqkı başçıları İŞİD-i yaratdılar və ya ona kömək etdilər və Amerikanın hazırkı başçıları da İŞİD-i və ya onun kimi qrupları gücləndirməkdədirlər.

İslam İnqilabının Böyük Rəhbəri bildiriblər ki, bu qrupların xətəri gələcəkdə amerikalıları problemlə üzləşdirəcək. O həzrət əlavə ediblər: Avropa bu gün təkfirçiləri gücləndirmək sahəsindəki səhvə görə, çətinliyə düşüb və xalq evdə və küçədə təhlükəsizliyə malik deyil; Amerika da həmin səhvi etməkdədir.

Həzrət Ayətullahuluzma Xamenei deyiblər: İran göstəribdir ki, səhv işlərlə meydandan qaçmır və xalq və inqilaba inanan rəsmilər Allaha təvəkküllə hədə-qorxulardan geri oturmurlar, zira əgər qərar olsaydı ki, geri otursunlar, bu gün İran əhval-ruhiyyə və sivilizasiya cəhətdən iflasa və acizliyə düçar olmuş olardı.

İranın Silahlı Qüvvələrinin Ali Baş Komandanı həmçinin Qərb dövlətlərinin İrana qarşı savaşda hərtərəfli şəkildə Səddamı himayə etmələrinə işarə edərək, deyiblər: Bu gün Suriya məsələsində kimyəvi silahlardan istifadə edilməsi iddiasında olan riyakar avropalı dövlətlər İraqın İrana qarşı savaşında Səddama iri həcmdə kimyəvi silahlar verdilər ki, o, bu silahlarla İran cəbhələrinə, Sərdəşt və Hələbçə məntəqələrinə hücum etmiş olsun.

Həzrət Ayətullahuluzma Xamenei düşmənin İranın xalqı, rəsmiləri və silahlı qüvvələrinin əhval-ruhiyyəsini zəiflətmək, həmçinin "Olmayacaq, eləyə bilmərik!" ruhiyyəsni təlqin etmək üzrə tədbirinə işarə edərək, vurğulayıblar: İranın silahlı qüvvələri Allaha təvəkkül və özünə inamla günbəgün öz bacarıq və imkanlarını artırmalıdırlar və yüksək ciddi-cəhd və təşəbbüslə çatışmazlıqlar və boşluqların yerini doldurmalıdırlar.

Şərh yaz


Məxfi kod
Yenilə