Cümə, 14 Yanvar 2022 23:58

General Süleymaninin intiqamı bir strategiya və amaldır

General Süleymaninin intiqamı bir strategiya və amaldır

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı general Süleymaniyə qarşı terrorun amillərindən intiqamı bir strategiya və amal adlandırıb.

Farsnews-un  məlumatına əsasən, General-mayor pasdar Hüseyn Salami İslam İnqilabının Böyük Rəhbərinin Əsərlərinin Qorunması və Yayılması Ofisinin informasiya saytı ilə bu gün yayılan müsahibəsində sonra belə deyib: Sepah-ın Qüds qüvvələri komandanının terroru nəinki onun yoluna xələl gətirmədi, əksinə ürəklərdə bütün İslam Dünyasını zalımların işğalçılıqlarına qarşı cihad və fəaliyyətə çağıran bir istilik yaratdı.

General Salami bildirib ki, Hacı Qasımın mübarizəsilə Fələstin güclü, parlaq və müqavimətli bir mahiyyətə çevrildi.

O, əlavə edib: Fələstinlilərlə sionistlər arasında sonuncu müharibə olan Seyfl-ül-Qüds müharibəsi göstərdi ki, yeni bir Fələstin zühur edib. Məhz Hacı Qasımın rolu fələstinlilərdəki cihad ruhunu qüdrət mexanizminə çevirdi.

«Bugünkü şərait göstərir ki, şəhid Süleymani düşmən üçün general Süleymanidən daha təhlükəlidir»- deyən Sepah-ın baş komandanı söyləyib: Hacı Qasım sağ olarkən biz bir general Süleymani tanıyırdıq, amma şəhid olarkən bir Qasım, milyonlarla Qasım oldu və hazırda onlar intiqamdan danışırlar.

Şərh yaz


Məxfi kod
Yenilə