Cümə axşamı, 25 Noyabr 2021 14:19

Sionistlərin gecə basqınında onlarla fələstinli yaralanıb

Sionistlərin gecə basqınında onlarla fələstinli yaralanıb

Sionist hərbçilər öz düşmənçilik hərəkətlərinin davamında bir daha işğal olunmuş Qüdsün müəyyən məhəllələrinə basqın ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, Sionist hərbçilər dünən gecə Selvan qəsəbəsində yerləşən «Beer Əyyub» məhəlləsinə basqın edib və bu məhəllənin sakinlərilə toqquşublar.

Sionist hərbçilər gözyaşardıcı qaz buraxıb, səs bombaları və rezin güllələr atmaqla onlarla nəfəri yaralayıblar.

Fələstinli gənclər də daş və «kokteyl Molotov» atmaqla sionist hərbçilərlə mübarizəyə qalxıblar. Bəzi medialar xəbər veriblər ki, sionistlərin Selvan qəsəbəsinə qarşı basqını zamanı azı 63 nəfər yaralanıb.

Digər tərəfdən, fələstinli medialar bildiriblər ki, sionist qəsəbə sakinləri Nablusun şimal-qərbində yerləşən Bərqə kəndinin yaxınlığında bu qəsəbə əhalisinin avtomobillərini dağıdıb və yandırıblar.

Bundan öncə Fələstin muxtariyyətinin xarici işlər nazirliyi bildirmişdi ki, Məsciduləqsa sionist rejimin planı ilə üzləşir. Bu plan məkan bölgüsünə çatanadək hər gün və tədricən icra edilir.

İnformasiya mənbələri ötən bazar günü iki fələstinli gəncin Məsciduləqsanın yaxınlığlında və işğal olunmuş Qüdsün qədim məhəlləsində keçirdiyi şəhadət əməliyyatında dörd sionist hərbçinin yaralanmasından xəbər verdilər.

Şərh yaz


Məxfi kod
Yenilə