Cümə axşamı, 25 Noyabr 2021 14:17

AEBA ilə razılaşmanın əldə olunması mümkündür

AEBA ilə razılaşmanın əldə olunması mümkündür

İran İslam Respublikasının xarici işlər naziri deyib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə razılaşmanın əldə olunması mümkündür.

İRİB-nin məlumatına əsasən, Hüseyn Əmir-Abdullahiyan dünən bir tvittdə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru ilə görüşü ilə bağlı deyib ki, Tehranda Rafael Qrossi ilə səmimi, açıq və nəticəli danışıqlar aparıldı.

Əmir-Abdullahiyan bildirib ki, əməkdaşlıqların davam etdirilməsi barədə yaxşı razılaşmalara gəlindi, amma mətnin yekunlaşdırılması bir neçə termin barədə daha artıq iş tələb edir.

O, qeyd edib ki, texniki məsələləri siyasiləşdirmək konstruktiv deyil.

Əmir-Abdullahiyan çərşənbə axşamı günü Qrossi ilə görüşdə İran İslam Respublikasının müahidələr çərçivəsində agentliklə konstruktiv anlaşmaya olan ciddi iradəsinə təkid və ümidvarlq edibdir ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktorunun səfərində qarşılıqlı etimad və əməkdaşlıqlar daha da güclənəcək.

İran İslam Respublikasının xarici işlər naziri həmçinin xarici siyasi təzyiqlərə etinasızlıq zərurəti və agentlilyin tərəfsiz, peşəkar və texniki işinin önəminə təkid edib.

Agentlilyin tərəfsiz, peşəkar və texniki yanaşmasına təkid edən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru da öz səfərini İran İslam Respublikası ilə həmkarlıqların yüksəldilməsi, problemlərin həlli, qarşılıqlı anlaşma və dialoq üzrə iradənin nişanəsi adlandırıb. O, İran İslam Respublikası ilə yaxın əməkdaşlıqla qarşıdakı aylar ərzində yerdə qalan məsələlərin həlli üçün agentliyin hazırlığından xəbər verib.

Amerikanın İran əleyhinə qeyri-insani və zalımcasına sanksiyalarının ləğvi və nüvə anlaşmasının icrasının bərpası haqda müzakirələr noyabrın 29-da Vyanada keçirilməlidir. İndiyədək Vyanada İranla dörd üstəgəl bir qrupu arasında altı mərhələdə müzakirə keçirilib.

Şərh yaz


Məxfi kod
Yenilə