Çərşənbə, 24 Noyabr 2021 13:29

"İran Koronavirus böhranını idarə etməkdə bacarıq nümayiş etdirdi"

"İran Koronavirus böhranını idarə etməkdə bacarıq nümayiş etdirdi"

Almaniyanın Robert Kox institutunun sədr müavini deyib: "İran və Almaniya əhali sayı, koronavirusa yoluxma və bu virusdan ölüm halları baxımından bir çox oxşarlıqlara malikdirlər və iki ölkə bu böhranı idarə etməkdə yüksək bacarıq nümayiş etdirdilər".

İRİB-nin məlumatına əsasən, Andreas Yanssen İranın səhiyyə, müalicə və tibbi təhsil naziri ilə Tehranda keçirdiyi görüşüdə əlavə edib: "2021-ci ilin mart ayında Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri ilə İrana səfəri zamanı, İranın tibb işçilərinin koronavirusla mübarizədə böyük səylərinin şahidi olduq və bu, koronavirus pandemiyasına son qoymaq üçün müsbət addımdır".

Yanssen deyib: "İran tərəfindən çoxsaylı koronavirus peyvəndlərinin hazırlanması və peyvəndin geniş şəkildə tətbiqi böyük nailiyyətdir və bir çox şəxslər və beynəlxalq təşkilatlar İranın peyvəndlə bağlı uğurlarını etiraf edib".

Almaniyanın Robert Kox institutunun sədr müavini Ümumdünya Səhiyyə Təşkilatının və bu təşkilatın sədrinin dünyada koronavirus peyvəndlərinin ədalətli paylanması və universal çıxışın təmin edilməsi vacibliyinə təkid etdiyini vurğulayıb.

Şərh yaz


Məxfi kod
Yenilə