Çərşənbə, 03 Noyabr 2021 14:14

ABŞ İran neftini oğurlamaqda uğursuz qalıb+Video (YENİLƏNİB)

ABŞ İran neftini oğurlamaqda uğursuz qalıb+Video (YENİLƏNİB)

İran ABŞ donanmasının ələ keçirdiyi neft gəmisini bir əməliyyat nəticəsində geri aldığını bildirib

"Oman dənizində İrana məxsus bir neft tankeri ABŞ qüvvələri tərəfindən müsadirə edilib və ələ keçirilib. Daha sonra İran Dəniz Qüvvələrinin əməliyyatı nəticəsində neft gəmisi geri alınıb."

SalamNews xəbər verir ki, bu barədə İranın İslam İnqilabının Keşikçilər Ordusunun (Sepah) Dəniz Qüvvələri bəyanat verib.

Bildirilib ki, ABŞ hərbi gəmiləri İrana məxsus bir neft tankerini Oman dənizində ələ keçirərək, onun yükünü boşaltmağa çalışıblar.

Əlavə edilib ki, Sepah-ın Dəniz Qüvvələri dərhal əməliyyat həyata keçirib və ABŞ qüvvələrinin zəbt etdiyi gəmiyə havadan eniş edərək, gəmini yenidən ələ keçiriblər.

Qeyd edilib ki, ABŞ qüvvələri əldən çıxmış gəmini yenidən təqib etsələr də onların təlaşları nəticə verməyib və İranın gəmisi ölkə sularına daxil olub.

********

Amerika tərəfindən İran neftinin oğurlanması və dəniz quldurluğu əməliyyatı İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın dəniz qüvvələrinin fədakar və şücaətli döyüşçülərinin vaxtlı və qüdrətli hərəkəti ilə uğursuz qalıb.

Amerika bir hərəkətdə İranın ixracat neftini daşıyan tankeri Oman dənizi sularında müsadirə və onun neft yükünü başqa bir tankerə köçürməklə onu naməlum bir səmtə istiqamətləndirib.

Belə bir halda, Sepah-ın dəniz qüvvələrinin fədakar döyüşçüləri qeyd olunan tankerin göyərtəsi üzərində keçirdikləri bir hava hücumu əməliyyatında onu ələ keçirib və İran sularına doğru istiqamətləndiriblər.

Sonra Amerika qüvvələri bir neçə ədəd hərbi gəmi və vertolyotdan istifadə etməklə tankeri təqib ediblər, amma Sepah-ın fədakar qüvvələrinin qətiyyət və qüdrətlə meydana girmələrilə amerikanlar uğursuz qalıblar.

Amerikalı qüvvələr bir daha bir neçə hərbi gəmidən istifadə ilə, tankerin hərəkət istiqamətini bağlamağa daha çox can atıb, amma yenə də nakam qalıblar.

Bu tanker hal-hazırda İranın ölkə sularındadır.

Media

Şərh yaz


Məxfi kod
Yenilə