Çərşənbə, 13 Oktyabr 2021 20:25

General-mayor Baqeri İmran Xan ilə görüşüb

General-mayor Baqeri İmran Xan ilə görüşüb

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və Pakistanın baş naziri sərhədlərin təhlükəsizliyi və müdafiə sahəsində əməkdaşlıq da daxil olmaqla müxtəlif sahələrdə ikitərəfli əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıblar.

 İRNA-nın məlumatına görə, general-mayor Baqeri Pakistn baş naziri İmran Xan ilə görüşdə, Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə keçirdiyi əhəmiyyətli məsləhətləşmələrə toxunaraq, iki qonşu arasında sıx əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb, hansı ki, son illərdə xüsusilə də sərhədlərin təhlükəsizliyi sahəsində əhəmiyyətli irəliləyişlərin şahidi olubdur. 

İmran Xan da bu görüşdə, Pakistanın, İranla əlaqələri xüsusilə də sərhəd, iqtisadi, hərbi və təhlükəsizlik sahələrində gücləndirmək öhdəliyini vurğulayıb.

Pakistanın baş naziri Əfqanıstan böhranının heç bir zaman hərbi yolla həll edilmədiyini və bu ölkədəki bütün daxili qrupların iştirakı ilə əhatəli bir hökumətin qurulmasının lazım olduğunu söyləyib.

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Pakistanla birgə əməkdaşlığı genişləndirmək üçün yüksək səviyyəli hərbi heyətin müşayiəti ilə oktyabrın 12-də İslamabada səfər edib. 

Şərh yaz


Məxfi kod
Yenilə