Çərşənbə, 13 Oktyabr 2021 15:34

"Cövşən" və "Xatəm" sistemlərinin uğurlu buraxılışı

"Cövşən" və "Xatəm" sistemlərinin uğurlu buraxılışı

İranın Birgə Hava Hücumundan Müdafiə Qərargahının komandiri deyib: "Hava hücumundan müdafiə üzrə ixtisaslaşdırılmış «Vilayət səmasının müdafiəçiləri-1400» birgə hərbi təlimlərində yerli istehsal olan "Cövşən" və "Xatəm" hava hücumundan müdafiə sistemləri uğurla şərti hədəfləri məhv etdilər.

İRNA-nın məlumatına görə, briqada generalı Əmir Qadir Rəhimzadə əlavə edib: "«Vilayət səmasının müdafiəçiləri-1400» birgə hərbi təlimlərinin əsas mərhələsinin davamında ordunun hava hücumundan müdafiə qüvvələri tərəfindən hazırlanmış "Cövşən" və "Xatəm" hava hücumundan müdafiə sistemləri təlim sahəsinə sızmağa çalışan düşmən hədəfləri aşağı hündürlükdə məhv etdilər. 

Briqada generalı Rəhimzadə təlimlərin bu mərhələsində, aşağı hündürlükdə uçan hədəflərlə taktiki zenit-raket kompleksləri ilə hərtərəfli müdafiə şəklində və 360 dərəcə elektron müharibə mühitində mübarizənin həyata keçirilən tədbirlərdən olduğunu bildirib. 

İranın Birgə Hava Hücumundan Müdafiə Qərargahının komandiri əlavə edib: "Hava sahəsində mümkün təhdidlərin dəqiq qiymətləndirilməsi bizi bu təhdidlərə uyğun müdafiə sistemləri inkişaf etdirməyə sövq etdirib və bu gün heç bir təhdid yoxdur ki, onunla necə mübarizə aparmağı düşünməmiş olaq".

Hava hücumundan müdafiə üzrə ixtisaslaşdırılmış «Vilayət səmasının müdafiəçiləri-1400» birgə hərbi təlimləri yerli zenit-raket kompleksləri, radar, kəşfiyyat sistemləri, elektron müharibə və rabitə sistemləri habelə vizual müşahidə şəbəkələrinin genişləndirilməsi və quraşdırılması ilə çərşənbə axşamı günündən İranın mərkəzi səhrasında start götürüb. 

Şərh yaz


Məxfi kod
Yenilə