Cümə axşamı, 07 Oktyabr 2021 01:39

İranın xarici işlər naziri Azərbaycana səfər etmək niyyətində olduğunu bəyan edib

İranın xarici işlər naziri Azərbaycana səfər etmək niyyətində olduğunu bəyan edib

Bakı və İrəvanı mehriban qonşuluq jesti çərçivəsində ziyarət edə bilərəm.

Bu sözləri İran XİN rəhbəri Hüseyn Əmir Abdullahian Rossiya-24 kanalına müsahibəsində deyib.

O bildirib ki, qonşularla əlaqələrin inkişaf etdirilməsi İranın yeni hökumətinin başlıca prioritetlərindən biridir.

“Azərbaycan və Ermənistan bizim yaxşı qonşularımızdır və biz onlardan biri ilə digərinə qarşı ola bilmərik. Bizim xarici siyasətimiz balanslaşdırılmışdır. İki gün əvvəl erməni həmkarım Tehrana gəldi. Yaxşı olardı ki, azərbaycanlı həmkarım da İranı ziyarət edərdi”, - o bildirib.

O, fürsət edən kimi Bakı və İrəvanı ziyarət edəcəyini vurğulayıb.

Media

Şərh yaz


Məxfi kod
Yenilə