Cümə axşamı, 08 Aprel 2021 14:48

FIFA DÇ-2022-də ofsaydla bağlı yeni sistemdən istifadə edəcək

FIFA DÇ-2022-də ofsaydla bağlı yeni sistemdən istifadə edəcək

Təbriz Radiosu--FIFA 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında ofsaydı avtomatik aşkarlama sistemindən istifadə etməyə hazırlaşır.

 "Report" xəbər verir ki, bu barədə ali qurumda Futbolun Qlobal İnkişafı Departamentinin rəhbəri Arsen Venger "The Times"a açıqlamasında bildirib.

 Onun sözlərinə görə, ofsaydın avtomatik təyin edilmə sistemi 2022-ci ilədək hazır olacaq: "Yeni texnologiyanın tətbiq olunmasında israr edirəm, bunun sayəsində ofsayd epizodunun siqnalı dərhal xətt hakiminə çatacaq".

 Qeyd edək ki, dünya çempionatı gələn il 21 noyabr - 18 dekabrda keçirilməlidir. Bu, qış vaxtı təşkil olunacaq ilk mundialdır.

Şərh yaz


Məxfi kod
Yenilə