Bazar, 07 Mart 2021 09:41

«Metteo Pellikoni» kuboku uğrunda güləş yarışları

 «Metteo Pellikoni» kuboku uğrunda güləş yarışları

İranın 97 kiloqram çəki dərəcəsi üzrə sərbəst güləşçisi Əlireza Kərimi İtaliyada keçirilən beynəlxalq yarışlarda ikinci olub.

Kərimi bu yarışların finalında məğlub olaraq, yarışların gümüş medalını qazanıb.

«Metteo Pellikoni» kuboku uğrunda güləş yarışları şənbə günündən İtaliyanın paytaxtı Roma şəhərinin yaxınlığında yerləşən Ostia sahil məntəqəsində keçirilməkdədir.

Yarışlar bu gün başa çatacaq.

Yarışlarda dünyanın müxtəlif ölkələrindən, o sıradan İran, Rusiya, Amerika, Azərbaycan Respublikası, Türkiyə, Hindistan, Qazaxıstan, Misir, Gürcüstan və İtaliyadan olan tanınmış güləşçilər iştirak edirlər.

Şərh yaz


Məxfi kod
Yenilə