Bazar, 30 Sentyabr 2018 13:09

33-cü İran-Azərbaycan Respublikası velosiped turniri başlanıb+video

33-cü İran-Azərbaycan Respublikası velosiped turniri başlanıb+video

33-cü İran-Azərbaycan Respublikası velosiped turniri 13 xarici və yerli komandanın iştirakı ilə İranın şimal-şərqindəki Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbrizdən başlanıb.

İranın velosiped idmanı federasiyasının məlumatına görə, bu gündən başlayaraq, oktyabrın 5-dək davam edəcək bu yarışlarda yarışların birinci dövründə iştirak edən velosipedçilər 141 kilometrlik Təbriz-Urmiyyə marşrutunu keçəcəklər.

Yarışların birinci etapı Şərqi Azərbaycan valisi Məcid Xodabəxş tərəfindən tapança atəşi ilə Təbrizdəki "El gölü"ndən başlanıb.

33-cü İran-Azərbaycan Respublikası velosiped turnirində Bakının "Sinerji", Çexiyanın "Sparta Praha", Qazaxıstanın "Vino", Rusiyanın "Nasional", Belçikanın "Tartelto", Almaniyanın "Bayk Ayd", Hollandiyanın "Alesto", Litvanın "Staki" komandaları iştirak edirlər. Yarışlarda həmçinin Təbrizin "DFT", "Günay", "Şəhredari", Yəzdin "Pişqamanae Kəvir" komandaları və İranın milli komandası mübarizə aparırlar.

Media

Şərh yaz


Məxfi kod
Yenilə