Bazar, 23 Sentyabr 2018 17:37

İran cüdo üzrə dünya çempionatında bürünc medal qazanıb

İran cüdo üzrə dünya çempionatında bürünc medal qazanıb

İranın cüdo üzrə dünya çempionatındakı ilk nümayəndəsi Mohəmməd Mohəmmədi Bərimanlu yarışların bürünc medalını qazanıb.

73 kiloqramdan aşağı çəki dərəcəsində yarışan bu iranlı cüdoçu Şimali Koreya, Qırğızıstan, İsveç və Moldovadan olan rəqibləri, eləcə də beynəlxalq təsnifatda onuncu pillədə duran güclü gürcü rəqibini məğlub etdiyi bir halda, dünən axşam birincilik uğrunda yarışda Cənubi Koreyadan olan rəqibi onun kürəklərini yerə vurub. O, sonuncu addımda monqulustanlı rəqibi İpon Kerdeni məğlub edərək, bürünc medal əldə edibdir.

Bu gün yarışların davamında 81 kiloqramdan aşağı çəki dərəcəsində yarışan iranlı cüdoçu Səid Molayi ilk addımda dincəldikdən sonra Kanada nümayəndəsi ilə görüşəcək.

130 ölkədən 800-dən çox cüdoçunun iştirakı ilə sentyabrın 20-dən Bakıda keçirilən bu yarışlar sentyabrın 27-də başa çatacaq.

Şərh yaz


Məxfi kod
Yenilə