Şənbə, 18 Avqust 2018 22:18

Cakartada keçirilən Asiya oyunlarında iki Koreya bir bayraqla iştirak edib

Cakartada keçirilən Asiya oyunlarında iki Koreya bir bayraqla iştirak edib

Cakartada keçirilən 2018-ci il 18-ci Asiya oyunlarının açılış mərasimində iki Koreya bir bayraqla iştirak edib.

İki Koreya idmançılarının Cakartada keçirilən 2018-ci il 18-ci Asiya oyunlarının açılış mərasimində parad keçərkən əllərində tutduqları bayraq göy rəngli olub. Onda Koreya yarımadasının xəritəsi çəkilibmiş.

2018-ci il 18-ci Asiya oyunları avqustun 18-dən sentyabrın ikisinədək İndoneziyanın ev sahibliyi ilə bu ölkənin Cakarta və Palembanq şəhərlərində keçiriləcək.

Şərh yaz


Məxfi kod
Yenilə