Cümə axşamı, 21 June 2018 21:08

Qarabağ” futbol komandası italiyalı qapıçını transfer etməyə hazırlaşır

Qarabağ” futbol komandası italiyalı qapıçını transfer etməyə hazırlaşır

“Qarabağ” futbol klubu qapıçı transferinə hazırlaşır. Apasport.az saytının məlumatına görə, ağdamlılar axtardığı “çərçivə qoruyucusu”nu İtaliyada tapıb.

 Bu barədə nüfuzlu “gianlucadimarzio” saytı xəbər yayıb. Bildirilib ki, Azərbaycan çempionu “Peskara”nın qapıçısı Vincenzo Fiorilloya elçi düşüb. B seriyasında çıxış edən kluba “dəri əlcək ustası” qarşılığında 600 min avro təklif olunacaq.

 Futbolçunun özünə nə qədər maaş təklif olunduğu haqqında açıqlama verilməsə də, iki illik müqavilə imzalanacağı bildirlib.

 Qeyd edək ki, 28 yaşlı qapıçı İtaliyanın müxtəlif yaş qrupları üzrə yığmalarında forma geyinib, amma əsas milliyə dəvət almayıb. “Sampdoriya”nın yetirməsi olan futbolçu genuyalılarla yanaşı, “Recina”, “Spetsiya”, “Livorno”da da çıxış edib. 2014-cü ildə “Yuventus”a transfer edilsə də, bu komandada debüt şansı qazanmayıb. Elə həmin ildə “Peskara”ya keçən qapıçı bu komandanın uğurları üçün çalışır.

Şərh yaz


Məxfi kod
Yenilə