Bazar ertəsi, 15 Yanvar 2018 11:36

Bakı yarışlarında iranlı karateçilər 4 qızıl medal qazanıblar

Bakı yarışlarında iranlı karateçilər 4 qızıl medal qazanıblar

İran İslam Respublikasının Azərbaycan Respublikasında keçirilən karate üzrə beynəlxalq yarışlarında iştirak edən uşaq və yeniyetmələrdən ibarət komandası bu yarışlarda 4 qızıl və 4 bürünc medal qazanıb.

İRİB-in Bakı ofisinin verdiyi məlumata görə, Kata və Komeyte bölmələrində keçirilən bu beynəlxalq yarışlarda İranın seçilmiş komandası uşaqlar və yeniyetmələr bölümlərində iştirak edib və yeniyetmələr üzrə Komeytə bölməsində Abba Mələkuti və Elnaz Əmir Şərifi qızıl medallar alıblar. 

digər iki qızıl medalı isə Helena Pirəli Xeyrabadi və Pərəstiş Əlixani Kata bölməsində qazanıblar. 

Nəsim Rəhmani, Rüqəyyə Qənizadə, Niyayiş Mirza Həsənpur və Məhəmmədrza Gəncizadə də 4 bürünc medalı qazanıblar. 

İranlı komandanın baş məşqçisi Nadir Mələkuti yarışların yaxşı səviyyədə olduğunu bildirib və deyib: Biz uşaqlar və yeniyetmələr bölümlərində yarışlara qatıldıq və əldə olunan nəticələr göstərir ki, bu yaş qrupları üzərində gələcəkdə proqramlar həyata keçirilməlidir. 

İranın seçilmiş komandası 8 qız və 2 oğlan idmançı, 2 hakim və 1 hakim və məşqçi ilə bu yarışlara qatılmışdır. 

20 yanvar qanlı faciəsinin şəhidlərinin xatirəsinə həsr olunmuş beynəlxalq karate yarışları İran İslam Respublikası, Rusiya, Özbəkistan, Azərbaycan Respublikası və sionist rejimdən 700 idmançının iştirakı ilə iki gün müddətində Bakıda keçirildi. 

Şərh yaz


Məxfi kod
Yenilə