Çərşənbə axşamı, 09 Yanvar 2018 15:16

"Real Madrid"in futbolçusu həbs olunmamaq üçün 1 milyon avro ödəməyə razı olub

"Real Madrid"in futbolçusu həbs olunmamaq üçün 1 milyon avro ödəməyə razı olub

İspaniyanın “Real Madrid” klubunun futbolçu Luka Modriç vergidən yayındığı üçün həbs olunma təhlükəsindən qurtulub.

 “Report” “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Xorvatiya yığmasının 33 yaşlı yarımmüdafiəçisi günahını etiraf edib. O, həbsdən yayınmaq üçün 1 milyon avro ödəməyə razı olub.

Qeyd edək ki, Luka Modriç 2013 – 2014-cü illərdə vergi orqanlarından 870,7 min avro yayındırmaqda ittiham olunurdu.

Şərh yaz


Məxfi kod
Yenilə