Bazar, 22 Oktyabr 2017 11:32

Bakı Qrapplin Çempionatı; İki iranlı atlet bürünc medala yiyələndi

Bakı Qrapplin Çempionatı; İki iranlı atlet bürünc medala yiyələndi

İran İslam Respublikasından olan iki atlet Bakıda keçirilən Qrapplinq Çempionatının sonuncu günündə bürünc medalın sahibi olub.

İRİB-nin verdiyi məlumata görə, Bakıda keçirilən qrapplinq üzrə dünya çempionatının sonuncu günündə İran İslam Respublikasından 8 qrabbler kişilərarası yarışlarda Cİ növü üzrə rəqibləri üzrə mübarzə aparıblar. Mübarizənin sonunda 66 kq çəki dərəcəsində Rəsul Qüddusi bürünc medalın sahibi olub.

Qızlararası yarışlarda isə İranı təmsil edən 5 idmançıdan biri bürünc medalın sahibi olub. 71 kq çəki dərəcəsində mübarizə aparan Atifə Riyahi rəqibini məğlub edərək, yarışın üçüncüsü olub.

Dünən Bakıda start götürən Qrapplinq üzrə Dünya Çempionatı 30 ölkədən gəlmiş 700 idmançının iştirak edib.

Qrapplinq sərbəst güləşin bir növüdür və daha çox güləş, sambo, dzüdo, Braziliya Lota Livri və Braziliya Cuicitsusunun tərkibi sayılır.

Şərh yaz


Məxfi kod
Yenilə