Şənbə, 21 Oktyabr 2017 12:06

İranlı atlet Bakıda keçirilən Qrapplinq yarışlarının qalibi oldu

İranlı atlet Bakıda keçirilən Qrapplinq yarışlarının qalibi oldu

İranlı atlet Vəliyullah Fəhimi Bakıda keçirilən Qrapplinq üzrə dünya çempionatının qalibi olub.

Qrapplinq sərbəst güləşin bir növüdür və güləş, Braziliya cuicitsusu, Braziliya luta livri, dzüdo və sambo kimi idman növlərinin tərkib formasıdır. Bu mübarizədə qələbə çalmaq üçün rəqibi yerə yıxmaq, boğucu və ya əzici fəndlərdən istifadə edərək, onu təslim olmağa məcbur etmək lazımdır. 

İRNA-nın məlumatına görə, Vəliyullah Fəhimi yarışın finalında Polşadan olan rəqibi üzərində qələbə çalaraq, dünya çempionu adını qazanıb. 

Qrapplinq yarışları 18 oktyabrda 33 ölkədən gəlmiş 550 idmançının iştirakı ilə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində start götürmüşdü.

Şərh yaz


Məxfi kod
Yenilə