Şənbə, 12 Avqust 2017 14:58

İran gənclər üzrə Kures yarışlarında çempion oldu

İran gənclər üzrə Kures yarışlarında çempion oldu

İranın şimal-şərqində Bocnurdda keçirilən Kures üzrə U-20 Asiya Çempionatı İran gənclərinin çempionluğu ilə sona çatıb.

İRİB-in məlumatına görə, İran İslam Respublikası kures üzrə yığma komandası cümə günü üç qızıl medal qazanaraq beşinci dəfə Asiya Çempionluğuna layiq görülüb. 

Çempionatda Özbəkistan və Türkmənistan müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. 

Kures üzrə U-20 Asiya Çempionatı 7 çəkidə 12 komandanın iştirakı ilə Bocnurdda keçirilib. 

Kures özünəməxsus qaydaları olan güləş idman növlərindəndir. Bu idman növünün ana vətəni Mərkəzi Asiyadır.

Şərh yaz


Məxfi kod
Yenilə