Çərşənbə axşamı, 11 Yanvar 2022 13:28

Beynəlxalq Tennis Federasiyası iranlı tennisçiyə yüksək qiymət verib

 Beynəlxalq Tennis Federasiyası iranlı tennisçiyə yüksək qiymət verib

Beynəlxalq Tennis Federasiyası iranlı tennisçinin fəaliyyətini yüksək dəyərləndirib.

Federasiya bir məlumatda dünyanın yüz ən yaxşı tennisçisi arasında yer alan ilk iranlı qız tennisçi Meşkatuzzəhra Səfini istedadlı bir idmançı adlandırıb.

Beynəlxalq yarışlarda uğurla çıxış edən və dünyanın yüz ən yaxşı tennisçisi arasında yer alan on yeddi yaşlı Meşkatuzzəhra Səfi ilk iranlı qız tennisçi kimi Avstraliyada keçirilən «Grand Slam» yarışlarına vəsiqə qazanıb.

Bu məlumatda deyilir: İrandan olan Meşkatuzzəhra Səfi İran tennisinin bir daha dünyada ad çıxarması üçün cəsarət və uğurla dünyanın yüz ən yaxşı tennisçisi arasında yer almağı bacardı.

 

 

Şərh yaz


Məxfi kod
Yenilə