Çərşənbə axşamı, 23 Noyabr 2021 12:09

İİR silahlı qüvvələrinin sərbəst güləş komandası dünya ikincisi olub

İİR silahlı qüvvələrinin sərbəst güləş komandası dünya ikincisi olub

İran silahlı qüvvələrinin sərbəst güləş komandası dörd qızıl, dörd gümüş, iki bürünc medal və 210 xal əldə etməklə hərbçilərin dünya çempionatında ikinci olub.

 Hərbçilərin sərbəst güləş üzrə 35-ci dünya çempionatı noyabrın 21-i və 22-də on dörd komandanın iştirakı ilə Tehrandakı on iki min nəfərlik Azadi zalında keçirilib.

Yarışların sonunda Rusiya komandası 215 xalla çempion adını qazanıb. İran komandası 210 xalla ikinci, Ermənistan isə 140 xalla üçüncü olubdur.

Şərh yaz


Məxfi kod
Yenilə