Çərşənbə, 13 Oktyabr 2021 13:12

İranın milli futbol komandası "A" qrupunda liderliyini qoruyub

İranın milli futbol komandası "A" qrupunda liderliyini qoruyub

2022-ci ildə Qətərdə təşkil ediləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində İranın milli komandası dördüncü görüşündə "Azadi" stadionunda Cənubi Koreya ilə qarşılaşıb.

"İran Press" xəbər agentliyinin məlumatına görə,İranın milli futbol komandası çərşənbə axşamı, Azadi Stadionunda Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən dördüncü görüşündə Cənubi Koreya qarşısında bir-bir hesabı ilə heç-heçə etsə də, 10 xalla "A" qrupunun cədvəlində liderliyini qoruyub saxlayıb.

Görüşdə ilk olaraq, Cənubi Koreya 49-cu dəqiqədə hesabı açıb ki, Əlirza Cahanbəxşın 76-cı dəqiqədə vurduğu cavab qolu ilə oyun 1-1 bərabər hesabla sona çatıb.

İranın milli komandası bu nəticə ilə 10 xal qazanıb və "A" qrupunun cədvəlində liderdir, Cənubi Koreya isə 8 xalla ikinci yerdədir. 

Şərh yaz


Məxfi kod
Yenilə