Cümə axşamı, 20 May 2021 23:07

HƏMAS: “İşğalçı İsrail bir-iki günə atəşkəs istəyəcək”

HƏMAS: “İşğalçı İsrail bir-iki günə atəşkəs istəyəcək”

Fələstinin HƏMAS müqavimət hərəkatının siyasi bürosunun rəhbərinin müavini Musa Əbu Marzuq İsrail rejiminin yaxın bir-iki gün ərzində atəşkəs istəyəcəyini proqnozlaşdırıb.

 Deyerler.org xəbər verir ki, Musa Əbu Mərzuq 19 may, axşam Əl-Məyadinə verdiyi bir müsahibəsində bunları deyib: “İnanıram ki, atəşkəs ilə bağlı davam edən səylər öz bəhrəsini verir. Atəşkəs olacaq.

 Atəşkəs cəhdləri müvəffəq olacaq və bir-iki gün ərzində sakit vəziyyətə çatmağı gözləyirəm ... Atəşkəs Qəzzada olacaq və İordan çayının qərb sahili və daxili ərazilərdəki münaqişə bölgələrini əhatə etmir.

 HƏMAS rəsmisi sionist rejimin hərbi qarşıdurmaları davam etdirə bilməməsinə toxunaraq, belə deyib: “İsrail rejimi bir neçə cəbhədə vuruşa bilmir və cəhənnəmin qapılarının onun üzərinə açılacağından çox narahatdır”.

 Əl-Məyadin saytının verdiyi məlumata görə, Əbu Marzuq ABŞ-ın sionist rejimə atəşkəsi qəbul etməsi üçün etdiyi təzyiqlərə də aydınlıq gətirib: “Tel-Əvivə düşən Əl-Qəssam raketləri Baydeni Mahmud Abbasla əlaqə yaratmağa məcbur etdi. Vaşinqton Təhlükəsizlik Şurasında İsrail rejiminin təcavüzkarlığını müzakirə etməkdən imtina etmişdi, lakin Təl-Əvivin bombalanmasından sonra mövqeyini dəyişmişdi.

 Vaşinqton bizi öldürməkdə iştirak etdi və indi Təl-Əvivə təcavüzü dayandırmaq üçün Amerikanın ciddi təzyiqi var ... Bu müqavimət Netanyahunu Qüds və Əl-Əqsadakı fələstinlilərin hüquqlarını pozmamağa məcbur edəcək”.

Şərh yaz


Məxfi kod
Yenilə