Cümə axşamı, 20 May 2021 13:22

Fələstin rəsmisi Beynəlxalq Məhkəməyə çağırış etdi

Fələstin rəsmisi Beynəlxalq Məhkəməyə çağırış etdi

Fələstin İsrailin hücumları səbəbilə cəzalandırılması üçün Beynəlxalq Ağır Cinayətlər Məhkəməsinə müraciət edib.

Palinfo xəbər verir ki, Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyaz Mənsur jurnalistlərə verdiyi açıqlmada vurğulayıb ki, Beynəlxalq Ağır Cinayətlər Məhkəməsi İsraili mühakimə etmək üçün hərəkətə keçməlidir.   

"İsrail Qəzzədə və Fələstin torpaqlarında uşaqlara, qadınlara, qocalara və mülki şəxslərə hücum edir.Bu müharibə cinayətidir", - deyə Riyaz Mənsur diqqətə çatdırıb. 

Diplomat verdiyi açıqlamada qeyd edib ki, hücumlar zamanı 61 uşaq və 36 qadın şəhid olub.

Şərh yaz


Məxfi kod
Yenilə