Çərşənbə, 19 May 2021 13:23

İsrail rejimi Qəzzaya bir tonluq bombalarla hücum edir

İsrail rejimi Qəzzaya bir tonluq bombalarla hücum edir

Sionist İsrail rejiminin ordusu Qəzzada bir tonluq MK84 "BL177" bombalarından istifadə edir.

 Deyerler.org xəbər verir ki, İsrail rejiminin döyüş təyyarələri (18 may) də Qəzzaya qarşı təcavüzkar hücumlarını davam etdirib.

 Şahidlərdən alınan məlumata görə İsrail rejiminin təyyarələri Xan Yunus şəhərində bəzi nöqtələrə zərbə endirib.

 Sionist ordusu mühasirədə olan Qəzzaya bu gecə 60 təyyarə ilə 65 hücum təşkil etdiyini açıqlayıb.

 Açıqlamada hücumlarda Cibaliya, Əz-Zeytun və Ər-Rimal bölgələrindəki HƏMAS-a aid hədəflərin vurulduğu və HƏMAS rəhbərlərinin evlərinin də hədəfə alındığı qeyd edilib.

 İsrail rejiminin ordusu bu gün İordaniya yaxınlığındakı Ağvar bölgəsindəki Vadi Əl-Uyunda pilotsuz uçuş aparatının (PUA) vurulduğunu elan edib.

 Sionist ordusunun sözçüsü Avixai Adri İsrail rejimi qüvvələrinin pilotsuz təyyarəni izlədiyini və İsrail rejiminin hava məkanına yaxınlaşan anda vurduğunu bildirib.

 PUA-nın İordaniyadan işğal altındakı Fələstin sərhədinə doğru hərəkət etməsinə baxmayaraq, əsas mənbəyi hələ bilinmir və təfərrüatları açıqlanmayıb.

 

Şərh yaz


Məxfi kod
Yenilə