Bazar ertəsi, 17 May 2021 23:13

Save The Children: “Qəzzada hər saatda 3 uşaq yaralanır”

Save The Children: “Qəzzada hər saatda 3 uşaq yaralanır”

“Save The Children” beynəlxalq qeyri-hökumət təşkilatı ağır xəstələr və yaralanan uşaqların müalicəsi üçün Qəzzanı tərk edə bilmədiyini bəyan edərək, təcili atəşkəs üçün müraciət ünvanlayıb.

 Deyerler.org xəbər verir ki, “Save The Children” bəyanatında keçən həftə Qəzzadakı hücumlarda 58 uşağın öldüyünü xatırladaraq, belə qeyd edib: “Qəzzada 366 uşaq olmaqla 1000-dən çox insan yaralandı. Bu, İsrail rejimi və Qəzzadakı silahlı qruplar arasında mayın 14-dən etibarən başlayan gərginlikdə Qəzzada hər saatda üç uşağın yaralanması deməkdir”.

 Keçən həftə hücumlarda Qəzzada 58 uşağın həlak olduğunu diqqətə çatdıran təşkilat, Qəzzada təcili atəşkəs üçün tərəflərə müraciət edib.

 Bombardmanlarda elektrik xətlərinin zədələnməsi səbəbindən həyat xilasetmə səylərinin qırılma nöqtəsinə gəldiyi bildirilən açıqlamada, Qəzzada yeganə güc və elektrik mənbəyi olan maye yanacaq mənbələrinin az olduğu və İsrail rejiminin maye yanacağın daxil olduğu sərhədi bağladığı vurğulanıb: “Bombardmanlar davam edir. Səhiyyə müəssisələri və mülki infrastruktur tezliklə zəruri təchizat və təcili müalicə təmin etmək gücündən məhrum ola bilər. Bundan əlavə, ağır xəstələr və yaralanan uşaqlar müalicə üçün Qəzzanı tərk edə bilmirlər”.

Şərh yaz


Məxfi kod
Yenilə