Bazar ertəsi, 17 May 2021 20:47

Fələstində sionist rejim əleyhinə ümummilli tətil keçiriləcək

Bu gün İsrailin Qəzza zolağına amansız hücumlarının səkkizinci günüdür.

 Maide.Az xəbər verir ki, İordan çayının qərb sahili və 1948-ci il işğal olunmuş ərazilərdə yaşayan fələstinlilər Qüds və Qəzza xalqı ilə həmrəylik nümayiş etdirmək məqsədilə may ayının 18-dən (sabahdan) ümumi tətil və ümummilli sivil itaətsizlik çağırışı ediblər.

 Bildirilib ki, bütün ictimai iş yerləri, tələbə və ticarət mərkəzləri işğalçı İsrail rejiminin cinayətlərinə etiraz olaraq tətil olunacaq.

 Bundan başqa İordan çayının qərb sahilində tələbələrin sionist rejim əleyhinə aksiyalarda iştirak etmələri üçün bütün Fələstin universitetlərinin gələn çərşənbə axşamı günü bağlanacağı açıqlanıb.

 Fələstinli Twitter istifadəçiləri sosial şəbəkələrdə Qəzza xalqı ilə həmrəylik nümayiş etdirmək məqsədilə "Solidarity_With_Gaza" və «تضامنا_مع_غزة» (Qəzza_ilə_həmrəylik) ,hashtaglarını yaradıb və 1948 –ci ildə işğal olunmuş ərazilərdə və İordan çayının qərb sahilində yaşayan sakinləri ümumilli tətildə aktiv iştirak etməyə çağırıb.

 Qeyd edək ki, İsrailin Qəzzaya hava zərbələri nəticəsində şəhid olan fələstinlilərin sayı artıq 218-ə çatıb. Onlardan ən azı 60-ı uşaqdır.

 

Şərh yaz


Məxfi kod
Yenilə