Bazar ertəsi, 17 May 2021 13:01

Qərb sahilində və Fələstinin işğal olunmuş ərazilərində ümumi tətil aksiyası keçirilir

Qərb sahilində və Fələstinin işğal olunmuş ərazilərində ümumi tətil aksiyası keçirilir

İordan çayının qərb sahili və Fələstinin 1948-ci ildə işğal edilmiş ərazilərinin əhalisi bir neçə dekadadan sonra ilk dəfə olaraq, sabah Qəzzə və Qüds xalqı ilə həmrəylik və sionist rejimin cinayətlərini qınamaq məqsədilə ümumi tətil aksiyası keçirəcək.

bu gün 17 may sionist rejimin Qəzzə zolağına hücumlarının beynəlxalq ictimaiyyətin passivliyi sayəsində səkkizinci gün olaraq, davam etdiyi bir halda, Qərb sahili və Fələstinin 1948-ci ildə işğal edilmiş ərazilərindəki bütün dövlət müəssisələri, tələbə və ticarət mərkəzləri Qəzzə və Qüds xalqı ilə həmrəylik nümayiş etdirmək məqsədilə ümumi tətil və vətəndaş itaətsizliyi aksiyasına çağırıblar. 

"Ərəb 21" xəbər portalının verdiyi məlumata görə, İordan çayının qərb sahilindəki Fələstin universitetlərinin Tələbə Birliyi Şurası sabahı ümumi tətil günü elan edib və bütün sektorları, dövlət və özəl müəssisələri və ticazrət mərkəzlərini Qüds və Qəzza zolağının dözümlü xalqına dəstəklərini bildirmək üçün sabah keçiriləcək ümumi tətil aksiyasında iştirak etməyə çağırıb. 

İordan çayının qərb sahilində yerləşən və Fəth hərəkatına bğlı olan "Əl-Şəbibə Əl-Fəthaviyə" tələbə təşkilatı, tələbələrin milli fəaliyyətlərdə iştirak etmələri və təmas xəttləri və qarşıdurma nöqtələrində işğalçılarla qarşılaşa bilməsi üçün bütün Fələstin universitetlərinin sabah bağlı olacağını bildirib.

Şərh yaz


Məxfi kod
Yenilə