Cümə axşamı, 21 May 2020 20:47

Fələstin İslam Cihadının baş katibi: “Ərəb rejimləri Qüdsü təhvil verməyə bəhanə axtarır”

Fələstin İslam Cihadının baş katibi: “Ərəb rejimləri Qüdsü təhvil verməyə bəhanə axtarır”

Fələstinin İslami Cihad hərəkatının baş katibi Ziyad Nəxxalə ərəb rejimlərinin millətlərinə Beynəlxalq Qüds Gününü anmalarına mane olmalarının səbəbinin, ondan imtina üçün bir bəhanə axtardıqlarına görə olduğunu bildirib.

Farsnews  xəbər verir ki, “Müqavimət Cəbhəsi Liderləri Birlikdə” adı altında təşkil edilən onlayn canlı yayımda çıxış edən Ziyad Nəxxalə, belə deyib: “Quds Günü gələcəyimizi söyləmək üçün Qüds ilə bağlanmış əhd-peymanı yeniləyən gündür.

 Millətlərini Qüds gününü qeyd etməkdən çəkindirən hökumətlər, Qüdsdən imtina etmək istəyir və bəhanə axtarırlar”.

 Ərəb və İslam ölkələri arasındakı ixtilaflara toxunan Nəxxalə, belə deyib: “Bu ixtilafları sona çatdırmağı bacarmasaq, sıralarımız düşmən tərəfindən parçalanacaq”.

 İslami Cihadın lideri daha sonra bunları deyib: “Bölgədə ABŞ və İsrail rejimi layihələrinə qarşı böyük bir qüvvə yaratmaq üçün daha geniş bir koalisiya və müqavimət qüvvələri ilə koordinasiyanın meydana gəlməsini istəyirik”.

Şərh yaz


Məxfi kod
Yenilə