Bazar ertəsi, 18 Fevral 2019 17:44

20 fələstinli sionistlər tərəfindən yaralanıb

20 fələstinli sionistlər tərəfindən yaralanıb

Sionist hərbçilərin Qəzzə zolağının şimalında fələstinlilərin gecə yürüşünə hücumunda 20 fələstinli yaralanıb. Yaralılardan birinin durumunun ağır olduğu bildirilir.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, sionist rejimi ordusu bildirib ki, Qəzzə zolağında dünə gecə baş verən toqquşmada fələstinlilərin əldə hazırlanmış bombanın qəlpəsi nəticəsində bir sionist hərbçi də yaralanıb. 

Digər tərəfdən sionist rejim ordusu dünən gecə Qəzzə zolağının şimalında fələstin müqavimətinin bir qərargahını hədəfə alıb , bu hücumun insan tələfatı olmayıb. 

Son aylar ərzində Qəzzə zolağında qayıdış aksiyalarına start verildikdən sonra sionist rejim ilə müqavimət qüvvələri arasında çaxnaşmalar artıb. 

Öncə ötən il noyabrda müqavimət qüvvələrinin sionist rejimin təcavüzlərinə raket cavabı sionist rejimin müharibə naziri Aviqdor Libermanın istefa verməsinə səbəb olmuşdu. 

Şərh yaz


Məxfi kod
Yenilə