Bazar, 17 Fevral 2019 15:38

Qəzzəyə daxil olmazdan öncə “casusluq sistemləri” yükü aşkar edilərək, müsadirə olunub

Qəzzəyə daxil olmazdan öncə “casusluq sistemləri” yükü aşkar edilərək, müsadirə olunub

Qəzzə zolağında Fələstin təhlükəsizlik xidməti “Kərəm Əbu-Salim” ticarət keçidində izləmə sistemləri ilə təchiz olunmuş hərbi ayaqqabılar yükünün aşkar edilərək, müsadirə olunmasından xəbər verib.

“Kərəm Əbu-Salim” ticarət keçidi Qəzzə zolağını xaric dünyaya ilə əlaqələndirən yeganə ticarət keçidiidir.

Fələstin təhlükəsizlik xidməti bildirib ki, sionist rejim müqavimət qüvvələrindən casusluq etmək və onları nəzarətdə saxlamaq üçün hərbi ayaqqabıların içində gizli izləmə sistemi yerləşdiribdir.

Bundan öncə də Həmas-ın milli təhlükəsizlik və daxili işlər nazirliyi sionist rejimlə həmkarlıq və bu rejim üçün casusluq ittihamı ilə 45 fələstinlinin həbs olunmasından xəbər vermişdi.

Qəzzə zolağında Fələstin milli təhlükəsizlik və daxili işlər nazirliyinin tabeliyində olan təhlükəsizlik xidməti bildiribdir ki, bu barədə geniş təhqiqata başlayıbdır.

Şərh yaz


Məxfi kod
Yenilə