Cümə axşamı, 17 Yanvar 2019 21:50

HƏMAS Malayziyanın hərəkətini təqdir etdi

HƏMAS Malayziyanın hərəkətini təqdir etdi

HƏMAS-ın Siyasi bürosunun üzvlərindən İzzət Raşak Malayziyanın İsrail rejimi ilə əlaqələri normallaşdırmaqla bağlı istənilən metoda qarşı çıxmasını təqdir etdiklərini açıqlayıb.

 Palinfo-  xəbər verir ki, yanvarın 16-sı bir bəyanat yayan İzzət Raşak, Malayziya dövləti, milləti və QHT-lərinin Malayziya idman oyunları və ya digər fəaliyyətlərə qatılmaq üzçün İsrail rejimindən istənilən heyətin gəlməsinə qarşı çıxmasını şərəfli, qürurlu və izzətli bir hərəkət kimi qiymətləndirib.

 HƏMAS-ın üzvü yaydığı bəyanatında, ərəb və İslam ölkələrindən Fələstinə dəstək üçün Malayziya dövlətindən və millətindən nümunə götürmələrini istəyib.

 Xatırladaq ki, Malayziyanın xarici işlər naziri Seyfəddin Abdullah bəyanat verərək, ölkəsinin Fələstin xalqına və mübarizəsinə dəstək vermək üçün gələcəkdə də heç bir şəraitdə, heç bir rəqabətdə və yarışmada İsrail rejimindən gələn idmançıları qəbul etməyəcəyini bildirmişdi.

 Malayziyanın İsrail rejimi ilə diplomatik əlaqələri yoxdur. Malayziya milləti və dövləti beynəlxalq platformalarda Fələstini dəstəkləyənlərdən biridir.

Şərh yaz


Məxfi kod
Yenilə