Şənbə, 12 Yanvar 2019 18:51

Sionist hərbçilər Əl-Xəlilə hücum ediblər

Sionist hərbçilər Əl-Xəlilə hücum ediblər

Sionist rejim hərbçiləri bir daha İordan çayının qərb sahilində yerləşən Əl-Xəlil şəhərinə hücum ediblər.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, sionist rejim hərbçiləri bu gün İordan çayının qərb sahilində yerləşən Əl-Xəlilə hücum edərək üç fələstinlinin evinə soxulublar. 

Sionist rejimin hərbi qayıqları da Qəzzə zolağının sahil sularında fələstinlilərin balıqçılıq qayıqlarının üzərinə atəş açıblar. 

Dünən gecə də sionist rejim hərbçiləri Əl-Xəlil şəhərinə hücum edərək İbrahimi hərəmin ətrafında Cəbərənin girişində bir fələstinli gəncin üzərinə atəş açıblar və açıq-aşkar cinayətə əl ataraq fələstinli gəncə yardım edilməsinə mane olublar. 

Eyni zamanda sosial şəbəkələrdə yayımlanan video sionist həbçilərin sözü gedən fələstinli gəncə hücum anını göstərir. 

Şərh yaz


Məxfi kod
Yenilə