Çərşənbə, 12 Dekabr 2018 20:23

Sionist hərbçilərin Ramullaha basqını

Sionist hərbçilərin Ramullaha basqını

Fələstin Qırmızı Aypara Cəmiyyəti dünən gecə bir bəyanatda sionist hərbçilərin İordan çayının qərb sahilinin mərkəzi olan Ramullah şəhərinin əl-Məsaif məntəqəsinə qarşı basqını zamanı iyirmi fələstinlinin ağır şəkildə yaralanmasından xəbər verib.

Sionist hərbçilər bu basqın zamanı əl-Məsaif məntəqəsinin sakinlərindən bir qrupunu da həbs ediblər.

Sionist rejim hərbçiləri dünən öz cinayətlərinin davamında Beytulmuqəddəsdə yerləşən “Qubbətus-Səhra” məscidinə soxularaq, dörd fələstinlini atəşlə yaralayıblar.

Sionist rejim hərbçiləri hər gün müxtəlif bəhanələrlə fələstinliləri şəhid edir, yaralayır və ya həbs edirlər.

Sionist hərbçilərin atəşi ilə yaralanmış beş yaşlı fələstinli uşaq dünən gecə yaralarının ağırlığı üzündən, şəhid olubdur.

Dinc “Qayıdış haqqı” yürüşü “Yer günü” münasibətilə martın otuzundan Qəzzə zolağında başlanıb və hələ də davam etməkdədir. 

Martın otuzundan bəri bu yürüşdə sionist rejim hərbçilərinin atəşləri ilə 247 fələstinli şəhid olub, 25  min nəfərdən çox fələstinli də yaralanıbdır.

 

Şərh yaz


Məxfi kod
Yenilə