Çərşənbə axşamı, 16 Oktyabr 2018 16:46

Fələstinlilərin həbsi davam edir

Fələstinlilərin həbsi davam edir

Sionist rejim həbçiləri İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə hücum edərək ən azı 15 fələstinlini həbs ediblər.

Sionist hərbçilər bu gün Qəlqiliya, Tulkərm, Nablos, Ramullah, Qüds və Əl-Xəlil şəhərlərinə hücum ediblər. 

Əl-Aləm telekanalının verdiyi məlumata görə, dünən Qəzzə mühasirəsini yarmaq məqsədi ilə bu bölgənin şimalında keçirilən fələstinlilərin 12-ci dəniz aksiyasında 19 fələstinli işğalçı sionist rejim hərbçilərinin atəşi nəticəsində yaralanıblar. 

Qəzzə mühasirəsini yarmaq məqsədi ilə bu bölgənin şimalında keçirilən fələstinlilərin 12-ci dəniz aksiyasında 20 qayıq iştirak edərkən sionist rejimin hərbi qayıqları fələstinli karvana qarşı geniş atəş açdılar. 

Fələstinin azadlığı uğrunda xalq cəbhəsinin mərkəzi komitəsinin üzvü Mahir Məzhər qayıdış haqqı yürüşlərinin dayandırılmasını Qəzzə mühasirəsinin ləğv edilməsi ilə şərtləndirib.

Şərh yaz


Məxfi kod
Yenilə