Bazar, 14 Oktyabr 2018 23:49

Sionistlər iki fələstinli fəhləni avtomobillə vurublar

Sionistlər iki fələstinli fəhləni avtomobillə vurublar

Sionist qəsəbə sakinləri fələstinlilərə qarşı ən yeni vəhşicəsinə hərəkətdə iki fələstinli fəhləni avtomobillə vurublar.

Bu hadisə qərb sahilinin şimalında, Qəlqiliyanın şərqində baş verib. Nəticədə iki fələstinli fəhlə ağır şəkildə yaralanaraq, xəstəxanaya köçürülübdür.

Fələstinli yaralılardan birinin qardaşının sözlərinə görə, sionist hərbçilər bu iki fələstinli yaralının müalicə üçün 1948-ci ildə işğal olunmuş ərazilərə köçürülməsinə icazə verməyiblər.

Deyilənlərə görə, Fələstin Qırmızı Aypara Cəmiyyəti fələstinli yaralıları Nablusdakı xəstəxanaya köçürübdür.

Şərh yaz


Məxfi kod
Yenilə