Çərşənbə, 19 Sentyabr 2018 22:09

Hənyə: Qayıdış aksiyaları Qəzzəyə qarşı mühasirəyə son qoyulanadək davam edəcək

Hənyə: Qayıdış aksiyaları Qəzzəyə qarşı mühasirəyə son qoyulanadək davam edəcək

Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) souaso bürosunun rəhbəri deyib: Fələstin xalqı öz qanı ilə və Qəzzə sərhədlərini mühafizə ilə, bu əraziyə sionist düşmənin mühasirəsini yarmaq qərarına gəlib.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Fələstin informasiya mərkəzi bildirib ki, İsmayıl Hənyə Şate düşərgəsində şəhid Əhmər Ömərin cənazəsinin dəfn mərasimində deyib: Qəzzə zolağında qayıdış aksiyası bölgənin mühasirəsinə və sakinlərinin acınacaqlı durumuna son qoyulanadək davam etdiriləcək. 

Qayıdış haqqı aksiyaları 2018-ci il 30 martdan fələstinlilərin öz doğma yürdlarına qayıtmaq haqqına və Qəzzə zolağının mühasirəsinin ləğvinə təkid əlaməti olaraq fələstinlilərin iştirakı ilə Qəzzənin işğal olunmuş ərazilərlə təmas xəttində davam etdirilməkdədir. 

Hənyə Qəzzə sakinlərinin düşmənin məkirli planlarına son qoymaq qərarıa gəldiyini bildirərək deyib: Qəhrəman Fələstin xalqı iki cəbhədə döyüşə girib, Qəzzə mühasirəsini yarmaq cəbhəsi və qayıdış haqqı cəbhəsi. 

Amerikanın əsrin sövdələşməsi planına əsasən Qüds sionist rejimin nəzarətinə verilir, fələstinli didərginlər öz doğma yurdlarına qayıda bilməyəcəklər və Fələstin sadəcə İordan çayının qərb sahili və Qəzzə zolağına mülkiyyətə malik olacaq. 

Bu plan çərçivəsində Tramp ötən il Dekabrda işğal olunmuş Qüds şəhərini saxta İsrail rejiminin paytaxtı təqdim etdi və cari il 14 mayda ABŞ-ın səfirliyini Təl-Əvivdən Qüdsə köçürdü. 

Şərh yaz


Məxfi kod
Yenilə