Bazar ertəsi, 23 iyul 2018 16:39

Qəzza müqaviməti İsrail rejiminə cavab verdi: 3 sionist əsgər yaralandı

Qəzza müqaviməti İsrail rejiminə cavab verdi: 3 sionist əsgər yaralandı

Qəzzadakı müqavimət qruplarının atəşkəs sazişini pozan İsrail rejiminə cavabı gecikməyib.Palinfo

Qəzzadakı müqavimət qüvvələri Xan Yunis bölgəsi ilə İsrail rejiminin sərhədində olan Kisufum hərbi bazası yaxınlığında patrul xidmətini edən sionistlərin hərbi maşınına hücum edib. Hücum nəticəsində biri ağır olmaqla 3 sionist əsgərin yaralandığı bildirilib. Müstəqil mənbələr isə, ikisi ağır olmaqla ən azı 5 sionist əsgərin yaralandığını xəbər verib.

Qeyd edək ki, İsrail rejiminin ordusu dünən axşam (22 iyul) Qəzzanın şimalındakı Cibaliyanın şərqində bir qrup gənci PUA-larla hədəfə almışdır.

Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Kudra Cibaliyanın şərqindəki hücumda iki nəfərin yaralandığını, yaralananlardan birinin yarasının yüngül, digərinin yarasının orta dərəcədə olduğunu bildirmişdi.

İsrail rejiminin ordusunun sözçüsü isə, hücumun yanğın törədən şar və kağız ilan uçuran gəncləri hədəfə aldığını iddia etmişdi.

İsrail rejiminin ordusunun dünən axşam etdiyi hava zərbəsinin cümə günü axşamı Misirin və beynəlxalq bəzi çevrələrin vasitəçiliyi ilə əldə olunan atəşkəsin pozulmasıdır.

Şərh yaz


Məxfi kod
Yenilə