Bazar ertəsi, 23 iyul 2018 13:29

ABŞ Fələstin nümayəndə heyətinə viza verməkdən imtina edir

ABŞ Fələstin nümayəndə heyətinə viza verməkdən imtina edir

Fələstinin BMT-dəki nümayəndəsinin sözlərinə görə, Vaşinqton Fələstin mümayəndələrinin ABŞ-a səfər etməsi üçün viza verməkdən imtina edir."parstoday.com"

ABŞ-a səfər edəcək Fələstin nümayəndəsi, Nyu-Yorkda keçiriləcək BMT-in iclasında iştirak edəcəkdi. Verilən məlumata əsasən, ABŞ, viza verməkdən imtina edir, sionist rejimin hakimiyyət nümayəndələri isə vəziyyəti daha da gərginləşdirir.

Fələstinin daimi nümayəndəsi bildirib ki, amerikalıların bu davranışına görə BMT-yə rəsmi olaraq şikayət ərizəsi təqdim olunacaq.

2017-ci ilin 6 dekabrında region və dünya üzrə mövcud olan gərginliyə baxmayaraq, Tramp Qüdsü İsrail rejiminin paytaxtı olaraq tanımışdır. Bu hadisə beynəlxalq ictimaiyyətin etirazlarına səbəb olmuşdur.

Şərh yaz


Məxfi kod
Yenilə