Cümə, 20 iyul 2018 14:51

İsrail rejimi PUA və artilleriya ilə Qəzzaya hücum etdi

İsrail rejimi PUA və artilleriya ilə Qəzzaya hücum etdi

Sionist İsrail rejiminə aid PUA-lar Qəzzanın cənubunda bir müşahidə məntəqəsinə hava hücumu təşkil edib.

"Palinfo" xəbər verir ki, hücum nəticəsində bir fələstinli şəhid olub, üç nəfər də yaralanıb.

Fələstin Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada, İsrail rejiminə aid PUA-ların Rifah şəhərində HƏMAS-ın silahlı qanadı İzzəddin Əl-Qəssam briqadalarına aid müşahidə məntəqəsinə raket atdığı qeyd olunub. Hücumda şəhid olan mücahidin 22 yaşlı Əbdülkərim Rizvan olduğu qeyd olunub.

Qəzza sərhədindəki Sionist İsrail rejiminin artilleriya birlikləri də Rifah şəhərinin şərqində İzzəddin Əl-Qəssam briqadalarına aid bir müşahidə nöqtəsinə hücum edib.

Fələstin Səhiyyə Nazirliyi bu hücumda tələfatın olub olmadığına dair hələ bir açıqlama verməyib.

Sionist İsrail rejiminin ordusu isə, verdiyi açıqlamada, hücumun Qəzzadan Eşkol sionist yaşayış məntəqəsinə raket atılmasına cavab olaraq edildiyini deyib.

 

Şərh yaz


Məxfi kod
Yenilə