Bazar, 03 June 2018 14:13

Fələstinli tibb bacısı minlərlə nəfərin müşayiəti ilə son mənzilə yola salınıb+Video

Fələstinli tibb bacısı minlərlə nəfərin müşayiəti ilə son mənzilə yola salınıb+Video

Ötən gün Xan Yunusun şərqində İsrail snayperi tərəfindən vurularaq, şəhid edilən fələstinli tibb bacısının cənazəsi minlərlə nəfərin müşayiəti ilə son mənzilə yola salınıb.

Fələstinli tibb bacısı Razan Nəccar Qayıdış Haqqı yürüşlərinin onuncu cüməsində yaralılara yardım edərkən, İsrail hərbçiləri tərəfindən vurularaq, şəhid edilib. 

Fələstinin səhiyyə naziri Cavad Avad fələstinli tibb bacısının şəhid edilməsini müharibə cinayəti adlandırıb və dünya ictimaiyyətindən Fələstin xalqını himayə üzrə təcili və qətiyyətli addımlar atmasını istəyib. 

Qayıdış Haqqı yürüşləri 30 mart, Torpaq Günündən başlayaraq işğal edilmiş Fələstin torpaqları ilə sərhəd məntəqədə keçirilir. Fələstinlilər Qəzzənin mühasirəsinə son qoyulmasını və öz torpaqlarına qayıdış haqqının təmin edilməsini istəyirlər. 

İndiyə kimi Qayıdış Haqqı yürüşlərində 120 fələstinli şəhid olub, 13 min nəfər isə yaralanıb. 

Media

Şərh yaz


Məxfi kod
Yenilə